Siyahıda "Çelsi"dən heç kim yoxdur
İngiltərə Premyer Liqasında ötən həftənin rəzmi komandası müəyyənləşib.
Sportal.az xəbər verir ki, siyahıda ən çox "Mançester Siti" və "Sauthempton"un futbolçuları yer alıb.
Hər iki komanda rəmzi komandada 3 oyunçu ilə təmsil olunub. "Kristal Palas"ın iki, "Tottenhem", "Lester Siti" və "Everton"un hərəyə bir futbolçusu həftənin ən yaxşı 11 oyunçu sırasına düşüb.
Qapıçı: Co Hart ("Mançester Siti")
Müdafiəçilər: Nataniel Klin ("Sauthempton"), Skot Dan ("Kristal Palas"), Ves Morqan ("Lester Siti"), Dani Rouz ("Tottenhem")
Yarımmüdafiəçilər: Yannik Bolas ("Kristal Palas"), Yaya Ture ("Mançester Siti"), David Silva ("Mançester Siti"), Sadio Mane ("Sauthempton")
Hücumçular: Şeyn Lonq ("Sauthempton"), Romelu Lukaku ("Everton")
saytlarin hazirlanmasi