"Mançester Yunayted"in müdafiəçisi "Everton" yolunda

01:12 - 20 May 2015

Şimali İralndiya millisinin üzvü komandasını dəyişir     
 
Mövsüm başa çatan kimi müdafiəçi Conni Evans “Mançester Yunayted”lə yollarını ayıracaq.
 
Sportal.az xəbər verir ki, Şimali İralndiya millisinin aparıcı üzvünün yayda “Everton”la müqavilə bağlayacağı gözlənilir.
 
Dortmund “Borussiya”sından Hummelsi düşərgəsinə qatacaq “Qırmızı şeytanlar” 27 yaşlı futbolçunun 13 milyon avro qarşılığında “Everton”a keçməsinə razılıq verib.
 
Qeyd edək ki, Evans bu mövsüm “Mançester Yunayted”in heyətində 17 oyun keçirib. 

Xəbər xətti