Azarkeşlər Sterlinqi fitə basdılar

01:33 - 20 May 2015

Gənc futbolçu “Liverpul”da ən yaxşı seçildi   
 
Mövsümün yekunlarına görə “Liverpul”un yarımmüdafiəçisi Rahim Sterlinq klubun ən yaxşı gənc oyunçusu seçilib.
 
Sportal.az xəbər verir ki, təltif olunma mərasimində Sterlinq mükafat alan zaman azarkeşlər futbolçunu fitə basıblar.
 
Fanatların gənc futbolçuya etiraz etməsinə səbəb olaraq, onun “Liverpul”la müqaviləni yeniləməməsi və “Arsenal”a keçmək istməsi göstərilib.
 
Qeyd edək ki, bu mövsüm “Liverpul”un heyətində ümumilikdə 52 oyun keçirən 20 yaşlı ingiltərəli futbolçu 11 qol vurub.              

Xəbər xətti