Şeringem özünü Premyer Liqada sınamaq istəyir
İngiltərə millisinin və “Mançester Yunayted” klubunun sabiq üzvü Teddi Şeringem özünü baş məşqçi kimi elitada sınamaq istəyir.
Sportal.az xəbər verir ki, İngiltərənin 2-ci Liqasında “Stivenc” klubunu çalışdıran 49 yaşlı mütəxəssis yeni mövsümdə “Vest Hem”ə başçılıq edə bilər.
Əgər tərəflər razılığa gələrsə, belədə Teddi Şeringemin Premyer Liqada baş məşqçi olaraq çalışdırcağı ilk komanda “Vest Hem” olacaq.
Qeyd edək ki, Şeringem futbolçu karyearsı ərzində müxtəlif illərdə İngiltərənin "Potsmut”, “Vest Hem”, “Tottemnhem” və “Mançester Yunayted”də forma geyinib.
saytlarin hazirlanmasi