İntizam Komitəsi Fabreqasa güzəşt etdi
İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Çelsi"nin apellyasiya şikayətini müsbət cavablandırıb.
Sportal.az xəbər verir ki, İntizam Komitəsi "Vest Bromviç"lə Premyer Liqa matçında London təmsilçisinin birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan Sesk Fabreqasın cəzasını yüngülləşdirib.
İspaniyalı futbolçunun cəzası 3 oyundan bir matça endirilib. Beləliklə Premyer Liqanın son turunu buraxacaq Fabreqas yeni mövsümün ilk oyununda komandasına kömək edə biləcək.
Qeyd edək ki, "Vest Bromviç" - "Çelsi" matçı 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
saytlarin hazirlanmasi