Hollandiyalı mütəxəssis “Sanderlend”i elitada saxladı
İngiltərə Premyer Liqasının 33-cü turundan təxirə salınmış oyunda "Arsenal"la səfərdə qolsuz bərabərə qalan “Sanderlend” elitada yerini qorumağa bacarıb.
Sportal.az xəbər verir ki, qarşılaşma başa çatan kimi qonaq komandanın baş məşqçisi Dik Advokat meydanı göz yaşları ilə tərk edib.
“Sanderlend”in rəqibinə müqavimət göstərərək yüksək dəstədə yerini qorumasına hollandiyalı mütəxəssis belə münasibət bildirib:
“Arsenal” kimi güclü rəqibdən səfərdə xal almaq çətindi. Komandanın elitada qalması üçün futbolçular əsl əzmkarlıq göstərdilər. Açığı, oyundan sonra göz yaşlarımı saxlaya bilmədim. Sevinirəm ki, mənim başçılığm altında “Sanderlend” Premyer Liqanı tərk etmədi. Onsuz da komanda eltanı tərk edəcəyi halda, məşqçilik karyeramı başa vuracağımı əvvəlcədən demişdim”.
saytlarin hazirlanmasi