“Artıq bu məsələyə son qoyulmalıdır”
“Mançester Yunayted”in qapıçısı David De Xeyanın Madrid “Real”ına keçmək istəyinə sabiq danimakralı qolkiper Peter Şmeyxel münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Qırmızı şeytanlar”ın əfsanəvi “çərçivə” qoruyucusu həmkarının komandadan ayrılamaq istəyində olmasına belə reaksiyası verib:
“Mançester Yunayted” heç vaxt bir futbolçudan asılı vəziyyətdə qalan komanda olmayıb. De Xeya “Real”da oynamaq istəyirsə, onun qarşısını almaq lazım deyil. Ona görə də artıq bu məsələyə son qoyulmalıdır. Bu vaxta qədər çəkdiyi əziyyətə görə De Xeyaya təşəkkür edirik. Əgər qapıçı fikrini dəyişib qalmaq istəsə, yenə də öz yerini tutacaq”.
saytlarin hazirlanmasi