Con Terri məşqçi olmaqdan qaçır
“Çelsi”nin kapitanı Con Terri gələcək karyerası ilə bağlı maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını başa vurandan sonra məşqçi olmaq niyyətindən uzaqdır. İngiltərə millisinin sabiq üzvü yalnız “Çelsi”ni çalışdırmaq istədiyini gizlətməyib:
“Hər gün eyni işlə məşğul olmaq istəmirəm. Ümumiyyətlə, yenilikləri xoşlayıram. Nə vaxtsa “Çelsi”yə başçılıq etmək istərdim. Lakin məşqçi təzyiqlərə dözməlidir. Mən isə azarkeşlərin təzyiqinə davam gətirə bilmərəm. Bunu nəzərə alanda mənim məşqçi işləməyim mümkün olmayacaq”.
saytlarin hazirlanmasi