"Mançester Siti"nin qapıçısı ən yaxşı seçildi

01:51 - 25 May 2015

Co Hart “Qızıl əlcək” mükafatını qazandı
 
“Mançester Siti” klubunun qapıçısı Co Hart “Qızıl əlcək” mükafatına layiq görülüb.
 
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper cari mövsüm qapısını hamıdan çox, 14 dəfə toxunulmaz saxlamağı bacarıb.
 
Belədə  Premyer Liqada digər “çərçivə” qoruyucularını üstələyən Co Hart 4-cü dəfə ən yaxşı qapıçı seçilib.
 
Qeyd edək ki, Harta qədər Pepe Reyna və Peter Çex üç dəfə bu mükafata layiq görülüb.
     

Xəbər xətti