Laudrup İngiltərədən təklif alıb

21:40 - 26 May 2015

Danimarkalı mütəxəssis hansı kluba başçılıq edəcək?
 
“Suonsi”nin sabiq baş məşqçisi Mikael Laudrup yenidən İngiltərədə çalışa bilər.
 
Sportal.az xəbər verir ki, danimarkalı çalışdırıcının adı müxtəlif klublarla yanaşı hallanır.
 
İngiltərənin “Nyukasl”, “Vest Hem” və “Kristal Pelas” klubları Laudrupla danışıq aparır. Hər 3 klub təcrübəli mütəxəssislə müqavilə bağlamaqda maraqlıdı.
 
Hazırda fəaliyyətini Qətərdə davam etdirən Laudrupun hansı qərar verəcəyi maraq doğurur. O, ingilis klublarından biri ilə anlaşsa, çempion etdiyi “Lexviya” komandasından ayrılacaq. 
 

Xəbər xətti