Dik Advokat “Sanderlend”lə razılığa gəlmədi
“Sanderlend” klubunu İngiltərə Premyer Liqasında saxlamağı bacaran Dik Advokat baş məşqçi postunu tərk edib.
Sportal.az xəbər verir ki, 67 yaşlı hollandiyalı mütəxəssis klub rəhbərliyinə artıq komandada çalışrmaq istmədiyini açıqlayıb.
“Sanderlend” klubunun rəsmisi Ellis Şort açıqlamasında baş məşqçinin belə tezliklə komandadan ayrılacağını gözləmədiyini deyib:
“Hollandiyalı məşqçinin komandanı tərk etməsi bizi təəssüfləndirdi. Açığı, belə tezliklə Advovakatın baş məşqçi postundan gedəcəyini gözləmirdik. Bütün bunlara baxmayaraq, onun qərarına hörmətlə yanaşırıq. Əslində onun gördüyü işlər sayəsində “Sanderlend” Premyer Liqada yerini qorudu”.
saytlarin hazirlanmasi