İngiltərə millisinin sabiq üzvü futbolla vidalaşdı

19:35 - 30 May 2015

Ferdinand karyerasın başa vurduğunu elan etdi
 
"Mançester Yunayted" klubunun sabiq müdafiəçisi bu mövsümü KPR-də keçirən Rio Ferdinand futbolla vidalaşıb.
 
Sportal.az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusunun çıxış etdiyi KPR yüksək liqanı tərk etdiyi üçün futbolçu komandadan gedib.
 
İngiltərə mətbuatına açıqlama verən futbolçu karyerasını başa vurduğunu belə izah edib:
 
"Son vaxtlar həyatımın ən çətin günlərimi yaşayıram. Həyat yoldaşım Rebeka xərçəng xəstəliyindən dünyasını dəyişdi. Bu, dözülməz dərddir. Bundan əlavə komandam aşağı liqaya yuvarlandı. Mən artıq qərarımım vermişəm. Harri Rednap və Aleks Ferquson kimi məşqçilərlə işləmişəm. Həmin müddətdə titullar qazanmışam. Düşünürəm ki, artıq futboldn getməyin vaxtı çatıb. Ona görə də karyeramı başa vururam”.

Xəbər xətti