Belçikalı hücumçu özünü daha iddialı komandada görür
“Everton”un hücumçusu Romelu Lukaku klubla yollarını ayırmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu özünü daha iddialı komandalarda sınamaq istəyir.
Belçika millisinin aparıcı üzvünun yaxın vaxtlarda daha güclü klublara keçəcəyi gözlənilir. Romelo Lukakunun verdiyi açıqlamadan da bunu məlum etmək mümkündür:
“Özümü daha güclü klublarda göstərmək istəyirəm. Yəni iddiası böyük olan klubda titullar qazanmaq arzusundayam. Roberto Martines baş məşqçim olsa da, bəzən onun qərarları ilə razılaşmıram. Hətta elə olub ki, ona sözümü demişəm. Bir dəfə dedim ki, cinahdan istənilən kimi hücumlara qoşula bilmirəm, mümkünsə, mənə mərkəzdə şans ver. Mən cərimə meydançasının ətrafında nəsə edə bilərəm. Açığı, mərkəz hücumçusu kimi olynasam, daha çox qol vuraram. Lakin baş məşqçi inadından əl çəkmədi. Hələ onda demişdim ki, belə davam edərsə, komandadan ayrılacağam. Əgər sərfəli təkilf olarsa, “Everton”da qalmayacağam”.
saytlarin hazirlanmasi