"Buna görə də, "Mançester Yunayted"də uğurlu mövsüm keçirdiyimi düşünürəm"
"Mançester Yunayted"in futbolçusu Anxel di Mariya haqqında gəzən transfer iddialarına son qoyub.
Sportal.az xəbər verir ki, "Bavariya" və PSJ-nin heyətinə qatmaq istədiyi yarımmüdafiəçi növbəti mövsümü də İngiltərədə keçirəcəyini açıqlayıb:
"Copa America"da oynadıqdan sonra təkrar Mançesterə qayıdacam və əlimdən gələnin ən yaxşısını edəcəm. Asist sıralamasında ikinci oldum və bir neçə qollara imza atdım. Buna görə də, "Mançester Yunayted"də uğurlu mövsüm keçirdiyimi düşünürəm".
saytlarin hazirlanmasi