"Liverpul" futbolçusuna 60 milyon avro qiymət qoydu

18:47 - 12 İyun 2015

"Şəhərlilər"in təklifini rədd etdilər
 
"Liverpul" futbolçusu Rahim Sterlinq üçün göndərilən təklifi rədd edib.
 
Sportal.az xəbər verir ki, klub "Mançester Siti"nin göndərdiyi 35 milyon avroluq təklifi müsbət cavablandırmayıb.
 
"Liverpul"un 60 milyon avro ödəniləcəyi təqdirdə, 20 yaşlı yarımmüdafiəçini satacağı bildirilib.
 
Bildirilir ki, təklifin rədd edilməsinin digər səbəbinin "Mançester Siti"nin "Liverpul"un əsas rəqiblərindən olmasıdır.

Xəbər xətti