Runi "Mançester Yunayted"də kimi görmək istəyir?

17:24 - 14 İyun 2015

Keyn "qırmız şeytanlar"a gələ bilər

 

Adı "Mançester Yunayted"in gündəmindən düşmək bilməyən "Tottenhem"in forvardı Harri Keyn "qırmızı şeytanlar"la müqavilə imzalamağa çox yaxındı.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Mançester Yunayted"in futbolçusu Ueyn Runi Keynin transferinin klub üçün uğurlu olacağına əmindi və onu komanda yoldaşı kimi görmək istəyir. Daha əvvəl qeyd olunurdu ki, "qırmızı şeytanlar" 21 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinq ödəməyə hazırdı. 

 

Qeyd edək ki, Keyn geridə qalan mövsümdə "Tottenhem"in heyətində çıxdığı 51 matçda 31 qol və 4 asistlə yadda qalıb.

Xəbər xətti