Roman Abramoviçdən qolkiperə jest
“Çelsi” klubunun sahibi Roman Abramoviç 11 il londonluların uğurları üçün çalışan Petr Çexi mükafatlandırıb.
Sportal.az xəbər verir ki, “zadəganlar”ın rəhbəri çexiyalı qolkiperin əziyyətini 5,5 milyon avroyla dəyərləndirib.
İngiltərənin digər təmsilçisi “Arsenal”la razılığa gələn 33 yaşlı qapıçını klub rəhbəri təmtəraqla yola salmaq istəyir.
Qeyd edək ki, Tibo Kurtuanın gəlişindən sonra çexiyalı qapıçı “Çelsi”nın əsas heyətində yerini itirib.
saytlarin hazirlanmasi