“Lester” Naycel Pirsonla yollarını ayırdı
İngiltərədə mövsümü 14-cü yerdə başa vuran “Lester” klubu baş məşqçi Naycel Pirsonu istefaya göndərib.
Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssisin başçılığı altında komandanın son mövsümdə göstərdiyi nəticələr “Lester” rəhbərliyini razı salmayıb.
Üç əvvəl baş məşqçi postuna gətirilən Naycel Pirson çox çəkməyib ki, “Lester”i Premyer Liqaya çıxarıb. Onun gedişindən sonra baş məşqçi səlahiyyətlərini Pirsonun köməkçiləri Kreyq Şekspir və Stiv Uolşa icra edəcək.
saytlarin hazirlanmasi