UEFA "Mançester Siti"yə qoyduğu qadağaları ləğv etdi

17:00 - 4 İyul 2015

Klub iştirak ərizəsini genişləndirə bilər
 
UEFA ötən yay maliyyə “Fair play” qaydalarını pozduğuna görə İngiltərənin “Mançester Siti” futbol klubuna tətbiq etdiyi qadağaları aradan götürüb. 
 
Sportal.az xəbər verir ki, bir neçə mövcud qaydaların dəyişilməsindən sonra İngiltərə təmsilçisi UEFA-nın tələblərinə uyğun gəlib. Eyni zamanda, komandadan transfer büdcəsinin limiti də (49 milyon funt) götürülüb. Bundan sonra klub, həmçinin iştirak ərizəsini genişləndirə bilər. Ötən mövsüm UEFA kluba yalnız 21 futbolçunun adının iştirak ərizəsinə salınmasına icazə vermişdi.
 
Bir müddət əvvəl UEFA PSJ-dən də qadağaları götürmüşdü.

Xəbər xətti