Sterlinq Asiya turnirindən imtina etdi

03:10 - 8 İyul 2015

Futbolçunun “Liverpul”la münasibətləri pozuldu   
“Liverpul”un aparıcı üzvünə çevrilən Rəhim Sterlinq klubdan ayrılmaq istəyini göstərib.
 
Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu klubla birgə Asiya turnirində iştirak etməkdən imtina edib.
 
“Mançester Siti”dən gələn təklifi ingiltərəli ulduz qəbul etsə də, “Liverpul” rəhbərliyi futbolçunu satmaq fikrində deyil. Bütün təkilflərə qarşısında “qırmızılar”ın rədd cavabı verməsi futbolçuyla münasibətlərin pisləşməsinə səbəb olub. Artıq vəziyyət o yerə çatıb ki, Sterlinq komandanın toplanışına qatılmayacağını bəyan edib.
 
Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxan futbolçu 7 qol vurub və bir o qədər də məhsuldar ötürmə edib.         

Xəbər xətti