Şmeyxel baş məşqçi olmaq iddiasına düşüb
“Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmeyxel “Lester”ə başçılıq edə bilər.
Sportal.az xəbər verir ki, “Lester” rəhbərliyi ilə görüşən danimrkalı qolkiper komandanı çalışdırmaq istədiyini bildirib.
Lakin qapıçının məşqçi təcrübəsi olmadığından “Lester” klubunun rəsmiləri baş məşqçi postunu Peter Şmeyxelə həvalə etməyə çəkinir. Naycel Pirsonayla yollarını ayıran “tülkülər” boş qalmış məşqçi postuna daha təcrübəli mütəxəssis dəvət etmək istəyir. Belə olan halda Martin O`Nilin yenidən baş məşqçi postuna gətiriləcəyi gözlənilir. Yeri gəlmişkən təcrübəli mütəxəssis 1995-2000-ci illərdə “Lester” klubunu çalışdırıb.
saytlarin hazirlanmasi