“Lester” italiyalı mütəxəsislə 3 illik müqavilə bağladı
Növbəti mövsüm “Lester” klubunu çalışdıracaq baş məşqçinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir, İngiltərə təmsilçisinin baş məşqçi postu Kladuio Ranyeriyə tapşırılıb.
Avstriyada yeni mövsümün hazırlıqlarına başlayan “Lester” italiyalı mütəxəssislə 3 illik rəsmi müqavilə bağlayıb. 2000-2004-cü illərdə “Çelsi” klubuna başçılıq edən Klaudio Ranyeri İngiltərəyə qayıdışından məmnun olduğunu bildirib.
Qeyd edək ki, onun rəhbərliyi altında “Lester” İngiltərə Premyer Liqasında ilk rəsmi matçını avqustn 8-də “Sanderlend”ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi