Bir neçə ildən sonra
“Mançester Yunayted”in və İngiltərə yığmasının hücumçusu Ueyn Runi karyerasını ABŞ çempionatında bitirə bilər.
Sportal.az xəbər verir ki, Runi ABŞ-dan aldığı təklifləri dəyərləndirəcəyini bildirib: “Bir neçə ildən sonra karyeramı ABŞ-da davam etdirə bilərəm. Təbii ki, hazırkı məqamda bundan söhbət gedə bilməz. Çünki mən bütün diqqətimi “Mançester Yunayted”ə yönəltmişəm. Vaxt gələcək, MLS-dən olan təklifləri dəyərləndirəcəm. Qərar verəndə həyat yoldaşımla məsləhətləşəcəm”.
saytlarin hazirlanmasi