"Qırmızı şeytanlar"da yeni müqavilə

17:25 - 8 Avqust 2015

3 illik müqavilə

 

"Mançester Yunayted" daha bir futbolçusu ilə olan müqaviləsinin müddətini artırıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən 30 yaşlı Eşli Yanq daha 3 il "qırmızı şeytanlar"ın heyətində çıxış edəcək.

 

Qeyd edək ki, Yanq ötən mövsüm "Mançester Yunayted"in heyətində çıxdığı 26 matçda 2 qolla yadda qalıb.

Xəbər xətti