Arsen Venger “Vest Hem” məğlubiyyətini həzm edə bilmir
İngiltərə Premyer Liqasının starında “Vest Hem”ə doğma meydanda 2:0 hesablı məğlubiyyət “Arsenal” klubunun baş məşqçisi Arsen Vengerə pis təsir edib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk oyunda komandasının uğursuz çıxışına belə izah verib.
Onun sözlərinə görə, “Arsenal” hücuma çıxanda müdafiədə ciddi boşluqlara yol verib:
“İlk oyunun çətin keçəcəyini bilirdim. Komanda hücuma sürətlə çıxanda müdafədə boşluqlar verdik. Rəqib heç nədən qapımıza iki qol vurdu. “Vest Hem” avrokuboklarda mübarizəyə tez başladığı üçün rəqib komandada oyun üslubu görünürdü. Biz isə ilk rəsmi oyunumuza çıxmışdıq. Xətlərarasında qırılmaların baş verməsi istər-istəməz oyuna təsir etdi. Növbəti oyuna qədər çatışmazlıqları aradan qaldrmalıyıq ki, “Vest Hem”lə matçda olduğu kimi məğlubiyyətlə üzləşməyək”.
saytlarin hazirlanmasi