Joze Mourinyodan "Çelsi"nin həkiminə qadağa

01:35 - 12 Avqust 2015

Karneyro ehtiyat skamyasında yer almayacaq
 
Tanınmış həkim Yeva Karneyro daha “Çelsi”nin ehtiyat skamyasında yer almayacaq.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo “Suonsi” ilə (2:2) heç-heçədən sonra belə qərar qəbul edib.
 
Buna səbəb portuqaliyalı mütəxəssisin “Çelsi”nin həkimlər korpusunun işindən narazı qalması olub. Oyunun gedişində Eden Hazard zədə alan zaman “ağ-xalatlılar” futbolçuya vaxtında kömək etməyib.  Həmin məqam “zadəganlılar”ın çalışdırıcısının diqqətindən qaçmayıb.
 
Oyundan bir neçə gün sonra Mourinyo buna belə münasibət bildirib:
 
“Mən klubun həkimlərini başa düşə bilmirəm. Onlar nəyə görə komandayla birgə ehtiyat skamyasında otururlar? Fərq etməz, həkim və ya futbolçu, onlar oyunu diqqətlə izləməli və lazım gələndə köməyə çatmalıdır. Lakin “Suonsi”ylə qarşılaşmada mən bunu görmədim. Belə olan halda, əsas həkimin ehtiyat skamyasında oturmasına nə ehtiyac var? O, işini elə bazada da görə bilər. Qalan məsələləri isə həkimin köməkçiləri yerinə yetirə bilər".

Xəbər xətti