Slaven Biliç fransalı yarımmüdafiəçini cəzalandırdı
“Vest Hem”in baş məşqçisi Slaven Biliç komandanın yarımmüdafiəçisi Morqan Amalfitanonu cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna səbəb 30 yaşlı futbolçunun klubun daxili iclasına qatılmamsı olub.
Fransalı futbolçunun özbaşnalığının qarşısını almaq üçün xorvatiyalı mütəxəssis onun bazaya girişnə də qadağa qoyub. Bu qadağanın müddətinin nə vaxt başa çatacağı isə hələ məlum deyil. Son yayılan məlumatlara görə, “Vest Hem” futbolçunu transferə çıxarmağa hazırlaşır.
Qeyd edək ki, intizam qaydalarına riayət etməyən Morqan Amalfitanonun klub rəhbəri Sem Ellardaysla da münasibətləri yaxşı deyildi.
saytlarin hazirlanmasi