"Çelsi"də ciddi itki

11:01 - 15 Avqust 2015

Oskar zədələndi
 
"Çelsi"nin futbolçusu Oskar zədələnib.
 
Sportal.az xəbər verir ki, o, məşq zamanı zədə alıb. Komandanın baş məşqçisi Joze Mourinyo bildirib ki, böyük ehtimalla braziliyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının ikinci turunda "Mançester Siti" ilə matçı buraxacaq.
 
 
Qeyd edək ki, "Mançester Siti" - "Çelsi" görüşü avqustun 16-ı keçiriləcək.

Xəbər xətti