“Çelsi”nin müdafiəçisi portuqaliyalını ən güclü məşqçi hesab edir
“Çelsi” klubunun aparıcı müdafiəçisi Con Terri maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, “Çelsi”yə sadiqliyini göstərən ingiltərəli futbolçu başqa klubda oynaya bilməyəcəyini deyib.
Təcrübəli futbolçu karyerası ərzində işlədiyim mütəxəssislər arasında ən güclü məşçi olaraq Joze Mourinyonu hesab edir:
“Çelsi”dən başqa klubda oynaya bilməzdim. Bu vaxta qədər çalışdığım məşqçilər arasında ən güclüsü Joze Mourinyodur. Ona görə özümü avtobusun altına ataram. Çünki portuqaliyalı mütəxəssis futbolçulara böyük dəyər verir. Mənim stabil oyun göstərməyimdə baş məşqçinin rolu var. Bunu heç vaxt inkar edə bilmərərm”.
Qeyd edək ki. 1998-ci ildən London təmsilçisinin şərəfini qoruyan Terri keçirdiyi 672 oyunda rəqib qapılarına 62 dəfə yol tapıb.
saytlarin hazirlanmasi