İki həftəlik sıradan çıxıb
"Mançester Siti"nin futbolçusu Bakari Sanya iki oyun buraxacaq.
Sportal.az xəbər verir ki, Fransa millisinin müdafiəçisi Serbiyaya qarşı yoldaşlıq matçında zədələnib. Bu səbəbdən onun İngiltərə Premyer Liqasında "Kristal Palas"la matçda və Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la ilk oyunda iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, bundan əvvəl "Mançester Siti"nin futbolçusu F.Delfin zədə səbəbindən sözügedən qarşılaşmaları buraxacağı bildirilib.
saytlarin hazirlanmasi