Mason sıradan çıxdı
Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la eyni qrupda yer alan İngiltərənin "Totenhem” ciddi itki ilə üzləşib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, komandanın aparıcı oyunçusu Rayan Mason dünən İngiltərə Premyer Liqasının V turu çərçivəsində keçirilən "Sanderlend”lə matçda zədələnib. Onun "Qarabağ"la matçda iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, "Tottenhem” – "Qarabağ” oyunu sentyabrın 17-də Bakı vaxtı ilə saat 00:05-də keçiriləcək.
saytlarin hazirlanmasi