"Arsenal"da ciddi itki: 3 ay oynamayacaq

01:02 - 16 Sentyabr 2015

Uilşir əməliyyat olunacaq
 
"Arsenal"ın futbolçusu Cek Uilşir sol ayağından əməliyyat olunacaq.
 
Sportal.az xəbər verir ki, 23 yaşlı oyunçunun  yaşıl meydanlara üç aydan sonra qayıdacağı bildirilib.
 
Qeyd edək ki, C.Uilşir ötən mövsüm zədə səbəbindən 6 aya yaxın yaşıl meydanlardan uzaq qalmışdı.

Xəbər xətti