“Aston Villa” “Vest Bromviç”lə bacarmadı
İngiltərə Premyer Liqasında VI turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Turun mərkəzi oyunu Londonda keçirilib."Çelsi" doğma meydanda əzəli rəqibi "Arsenal"ı qəbul edib. Bu mövsümə uğursuz start verən Joze Mourinyonun komandası “topçular”la dueldən qalib ayrılıb.
Turnir cədvəlinə başçılıq edən "Mançester Siti" yeni mövsümdə ilk məğlubiyyətini Slaven Biliçin rəhbərlik etdiyi "Vest Hem"dən alıb.
İngiltərə Premyer Liqası VI tur
19 sentyabr
"Çelsi" - "Arsenal" 2:0
Qollar: Zuma, 52, Hazard, 90+1
"Aston Villa" - "Vest Bromviç" 0:1
Qol: Berahino, 39
"Bornmut" - "Sanderlend" 2:0
Qollar: Vilson, 4, Riçard, 9
"Nyukasl" - "Uatford" 1:2
Qollar: Janmaat, 68 - İqalo, 10, 28
"Stok Siti" - "Lester Siti" 2:2
Qollar: Krkiç, 13, Valters, 21 - Mahrez, 51, Vardi, 69
"Suonsi" - "Everton" 0:0
"Mançester Siti" - "Vest Hem" 1:2
Qollar: De Bruyne, 45+2 - Moses, 5, Sako, 31
20 sentyabr
"Tottenhem" - "Kristal Palas"
"Liverpul" - "Norviç"
"Sauthempton" - "Mançester Yunayted"
saytlarin hazirlanmasi