"Enfield" qala kimi olmalıdır"

11:42 - 21 Sentyabr 2015

Oyunumuz yaxşı alındı

 

"Liverpul"un baş məşqçisi Brendan Rocers "Norviç Siti" ilə matçdan sonra fikirlərini bölüşüb

 

Sportal.az sizi həmin açıqlamalarla tanış edir:

 

"Liverpul" "Enfield"də gözəl futbol nümayiş etdirir. Futbol oynamaq üçün ən gözəl yerlərdən biridir. Yüksək səviyyədə futbol oynamaq üçün risk etməli və cəsur oynamalısız. "Enfield" qala kimi olmalıdır. Oyunumz yaxşı alındı. Lakin bu hesabda öz əksini tapmadı. Buraxdımız qol çox üzücü idi. Belə bir qol buraxmamalı idik. Hücum xəttimiz yaxşı çıxış etdi. Ümid edirəm ki, hücum xəttimiz belə də davam edəcək. Denni İnqz həqiqətən də möhtəşəm oyun keçirdi. Oyunundan razı qaldım".

 

Qeyd edək "Liverpul" "Norviç Siti" ilə matçda 1:1 heç-heçə edib və 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti