"Çelsi"yə pis xəbər! Federasiya araşdırma aparır

10:51 - 22 Sentyabr 2015

3 matç cəzalana bilər

 

İngiltərə Futbol Federasiyası "Çelsi"nin "Arsenal"ı 2:0 hesabı ilə məğlub etdiyi matçda qırmızı vərəqə ilə cəzalandırılan "Arsenal"ın müdafiəçisi Qabriel və onunla mübahisə aparan, lakin hakim tərəfindən cəzalanmayan "Çelsi"nin hücumçusu Dieqo Kosta ilə bağlı araşdırmalara başlayıb.

 

Sportal.az xəbər verir ki, Federasiya Dieqo Kostanın hakimlər tərəfindən yaxalanmadığını və təkrar video görüntülərə baxılarkən günahkar olduğunu bildirilib. "Arsenal" Qabrielin qırmızı vərəqəsi ilə bağlı etiraz edərkən Federasiyanın "Çelsi"nin hücumçusu Dieqo Kostaya 3 matç cəza verəcəyi gözlənilir.

Xəbər xətti