"Rayolaya heç zaman güvənmədim"
"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson Pol Poqbanın komandadan ayrılma səbəbini açıqlayıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Aleks Ferqyuson Pol Poqbanın ayrılığında futbolçunun agenti Mino Rayolanı günahkar bilib: "Mən Rayola ilə tanışlığımızdan bəri, ona güvənməmişəm. Pol Poqba ilə müqaviləni bir il uzatmaq fikrimiz var idi. Ancaq alınmadı".
Qeyd edək ki, Pol Poqba 2012-ci ildə azad agent statusu ilə "Mançester Yunayted"dən "Yuventus"a transfer olmuşdu.
saytlarin hazirlanmasi