"Arsenal" türk əsilli futbolçu ilə müqavilə imzalayır

20:17 - 24 Sentyabr 2015

Mesut Özil komandada qalacaq
 
"Arsenal" futbolçusu Məsut Özillə müqavilənin müddətini uzatmaq niyyətindədir.
 
Sportal.az xəbər verir ki, London təmsilçisi türk əsilli alman futbolçuya yeni müqavilə təklif edəcək. Özilin "Arsenal"la mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq. Lakin "topçular"ın rəhbərliyi Almaniya millisinin üzvünü daha bir neçə il komandada saxlamağı planlaşdırır.
 
Qeyd edək ki, Özil 2013-cü ildə 40 milyon avro müqabilində "Real"dan "Arsenal"a transfer olunub.

Xəbər xətti