"Bu haqda danışsam cəzalana bilərəm"

00:12 - 25 Sentyabr 2015

"Komandanı məşqçisiz qoya bilmərəm"

 

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo İngiltərə Liqa kubokunun 3-cü mərhələsində qarşılaşdıqları "Uolsoll"a matçdan sonra Dieqo Kostanın cəzalanmağı ilə bağlı maraqlı açıqlamalar verib.

 

Sportal.az sizə həmin açıqlamaları təqdim edir:

 

"Şərh vermək istəmirəm. Çünki bu haqda danışsam cəzalana bilərəm. Mən də bunu istəmirəm. Komandanın vacib əsas futbolçusu 3 matç cəzalanıb. Məni də itirmələrinə heç bir gərək yoxdur. Səssiz və sakit qalmağı üstün tuturam".

 

Qeyd edək ki, "Çelsi"nin hücumçusu Diqeo Kosta "Arsenal"la matçda rəqibin müdafiəçisi Qabrieli təxribata çəkərək meydandan qovulmasına səbəb olduğu üçün İngiltərə Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalanıb.

Xəbər xətti