6 aylıq sırada çıxdı
İngiltərə Premyer Liqasının debutandı "Börnmut" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın hücumçusu Kalum Uilson "Stok Siti" ilə matçın 17-ci dəqiqəsində ciddi zədə alıb və oyunu yarımçıq tərk edib. Uilson tibbi müayinədən keçdikdən sonra onun 6 aylıq yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Kalum Uilson bu mövsüm Premyer Liqada 5 qol vurmağı bacarmışdı.
saytlarin hazirlanmasi