"Monako" ilə matçda forma geyməyəcək
"Tottenhem" ciddi itki ilə üzləşib.
Sportal.az BBC-yə istinadən xəbər verir ki, Son Hen-Min İngiltərə Premyer Liqasının son turunda "Mançester Siti" ilə matçda zədələnib. Cənubi koreyalı futbolçunun yaşıl meydanlara nə zaman qayıdacağı haqda məlumat verilməyib. Lakin Sonun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Monako" ilə matçda oynamayacağı bildirilib.
Qeyd edək ki, Son Hen-Min Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a iki qol vurmuşdu.
saytlarin hazirlanmasi