"Bu komandanı ancaq Mourinyo toparlaya bilər"

14:16 - 5 Oktyabr 2015

"Mourinyoya güvənirik"

 

İngiltərə Premyer Liqasında çətin günlər keçirən "Çelsi"nin kapitanı Con Teri komandanın baş məşqçisi Joze Mourinyoya güvəndiklərini bildirib.

 

Sportal.az Con Terinin İngiltərə mətbuatına verdiyi açıqlamaları təqdim edir:

 

"Əgər kimsə bizi bu vəziyyətdə çıxarsa, bu ancaq Mourinyo olar. Biz təcrübəli futbolçulardan ibarət komandayıq və dünyanın ən güclü baş məşqçisinə sahibik. Biz birlikdə bu çətin vəziyyətdən çıxacağıq".

 

Qeyd edək ki, "Çelsi" 8 turdan sonra 8 xal toplyaıb və turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti