"Liverpul"da xoşbəxtdir"
"Liverpul"un braziliyalı futbolçusu Filippe Koutinyonun meneceri Kura Jurabşin Koutinyonun "Liverpul"da xoşbəxt olduğunu bildirib.
Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, gənc futbolçunun meneceri Koutinyonun "Liverpul"u tərk etmək fikrində olmadığını vurğulayıb:
"Koutinyo "Liverpul"da xoşbəxtdir. Koutinyonun "Barselona"ya və digər komandalara transferi haqda çıxan xəbərlər şayiələrdən başqa bir şey deyil. Filippenin "Liverpul"u tərk etmək fikri yoxdur.
Qeyd edək ki, Filippe Koutinyo 2013-cü ildən "Liverpul"da çıxış edir.
saytlarin hazirlanmasi