Klopp: "Heç vaxt bahalı futbolçu almaq fikrim olmayıb"

19:39 - 10 Oktyabr 2015

"Hər hansı bir futbolçu "Liverpul"da oynamaq istəmirsə, heç mənə lazım deyil"
 
"Liverpul"un yeni baş məşqçisi Yurgen Klopp klubun qarşıdakı transfer siyasətini müzakirə edib.
 
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis komandaya bahalı futbolçular cəlb olunmayacağını bildirib. 48 yaşlı çalışdırıcı klubun yeni transfer fəlsəfəsini parlamaq istəyən futbolçularda görür:
 
"Əgər hər hansı klub futbolçunun transferinə görə 100 milyon avro pul istəyirsə, bu məni maraqlandırmır. Mənim heç vaxt bahalı futbolçu almaq fikrim olmayıb. Ancaq yeni futbolçular yetişdirib satmağın tərəfdarıyam. “Liverpul”da transfer siyasətini elə quracam ki, həm kluba xeyir versin həm də nəticə qazanım. Ona görə də ilk növbədə parlamaq istəyən gənc oyunçulara üstünlük verəcəyəm. Əgər hər hansı bir futbolçu “Liverpul”da oynamaq istəmirsə, heç mənə lazım deyil".     

Xəbər xətti