Aquero 6 oyun buraxacaq
"Mançester Siti"nin futbolçusu Serxio Aqueronun zədəsi ciddidir.
Sportal.az xəbər verir ki, o, "DÇ-2018"in Cənubi Amerika üzrə seçmə mərhələsində Ekvadora qarşı matçın 19-cu dəqiqəsində zədə alıb. Ayağa qalxa bilməyən Argentina millisinin üzvü meydanı xərəklə tərk edib.
Tibbi müayinədən sonra Aqueronun təxminən 40-50 gün meydana çıxa biməyəcəyi bəlli olub. Bu isə o deməkdir ki, argentinalı forvard Premyer Liqanın dörd, Çempionlar liqasında isə “Sevilya” ilə hər iki oyunu buraxacaq.
saytlarin hazirlanmasi