Premyer Liqa klubunda yeni müqavilə

01:58 - 16 Oktyabr 2015

Debütant baş məşqçisi ilə yola davam edəcək
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Bornmut” klubu baş məşqçisi Eddi Hauer ilə müqaviləsini yeniləyib. 
 
Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis daha üç il debütantın uğurları üçün çalışacaq.  Qeyd edək ki, Hauer 2008/09 mövsümündən "Bornmut”u çalışdırır. O,  cari mövsümdə komandanın tarixində ilk dəfə Premyer Liqaya yüksəlməsinə nail olub.

Xəbər xətti