Zədələri sağalıb
"Mançester Siti"nin futbolçuları Samir Nəsri və Yaya Ture zədələrini sağaldıb və komandaya qoşulublar.
Sportal.az xəbər verri ki, bu haqda klubun baş məşqçisi Manuel Pelleqrini klubun rəsmi saytına bildirib:
"Ture və Nəsri zədələrini sağaldıb və komandaya qoşulublar. Fabian Delf, David Silva, Aleksandar Kolarov və Serxio Aqüero isə hələ ki, zədədən əziyyət çəkirlər. Koplarov, Silva və Delfin növbəti həftələrdə komandaya qoşulmaq ehtimalı var. Çox təəssüf ki, Aqüeronun zədəsi ciddidir. O, komandaya gec qoşulacaq".
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada 8 turdan sonra 18 xalla liderlik edir.
saytlarin hazirlanmasi