"Konoplyankanın oyununu izləmək üçün gəlib"
Donetsk “Şaxtyor”unun baş məşqçisi Mirça Luçesku AÇ-2016-nın seçmə mərhələsində Ukrayna – İspaniya matçını tribunadan izləyən Joze Mourinyo haqda açıqlamalar verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Mourinyonu Konoplyankanın oyununu izləmək üçün stadiona gəldiyini bildirib:
“Mourinyo Yeven Konoplyanka ilə maraqlanırdı. Ukrayna – İspaniya matçında bir neçə futbolçunu da izlədi. Konoplyankadan başqa Aleks Teyxera və Andrey Yarmolenkonun da oyununu izləyib”.
Qeyd edək ki, Konoplyanka yay transfer pəncərəsində “Sevilya”ya transfer olub.
saytlarin hazirlanmasi