"Bavariya" ilə oyunda zədələnib
Çempionlar Liqasının qrup mərhələsində "Bavariya" ilə keçirilən görüşdə (2:0) zədələnən "Arsenal"ın futbolçusu Aaron Remzinin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, əzələsini dartan uelsli futbolçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Belədə 24 yaşlı futbolçu Çempionlar Liqasında "Bavariya" ilə Münhendə keçiriləcək oyunu buraxmalı olacaq.
Qeyd edək ki, cari mövsüm London klubununheyətində 13 oyuna çıxan Remzi cəmi 1 qol vurub.
saytlarin hazirlanmasi