"Mən mələk deyiləm ki..."

00:30 - 24 Oktyabr 2015

"Mourinyo ilə problemim yoxdur"
 
İngiltərə Premyer Liqasında mübarizə aparan Londonun “Çelsi” klubunun futbolçusu Dieqo Kosta İngiltərə mətbuatına açıqlamalar verib.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu aqressiv futbol oynamağa davam edəcəyini bildirib:
 
"Mən mələk deyiləm ki, kimsə mənə qanad taxsın. Mən mübariz futbolçuyam. Oyun tərzim dəyişməyəcək”.
 
Kosta komandanın baş məşqçisi Joze  Mourinyo ilə aralarında problem olmadığını vurğulayıb:
 
“Bu mövsüm işlərimiz yaxşı getmir. Lakin komandada əhval-ruhiyyə yaxşıdır. Normalda hər komandada məşqçi və futbolçu arasında problem olur. Lakin mənim Mourinyo ilə problemim yoxdur”.
 
Qeyd edək ki, Dieqo Kosta bu mövsüm 10 oyuna 3 qol vurub.

Xəbər xətti