Tim Şervudla yollar ayrıldı
İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az “SkySports”a istinadən xəbər verir ki, Aston Villa klubu baş məşqçisi Tim Şervudla yollarını ayırıb. Buna səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsi olub.
Qeyd edək ki, “Aston Villa” Premyer Liqada 10 turdan sonra 4 xal toplayıb və 19-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi